Bakıda daha bir yola kamera quraşdırıldı: Diqqət 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir yola kamera quraşdırıldı: Diqqət 

Avto

22 Dekabr 2019 07:38 1947


Sürücülər, diqqətli olun, Bakıda daha bir yola kamera quraşdırılıb. Tıxacın ən çox müşahidə edildiyi yollardan birinə - “Şamaxinka” kimi tanınan əraziyə kameralarla nəzarət ediləcək. Bundan sonra Moskva prospektinin sözügedən hissəsində dayanma və durma qaydalarını pozanlar cərimələnəcəklər. 

Bakı Nəqliyyat Agentliyi bununla bağlı sürücülərə müraciət edib. Bu yoldan istifadə edənlər də ərazidə tıxacın yaranmasının əsas səbəbinin parklanma qaydasını pozan sürücülərin olduğunu deyirlər. Xüsusilə də şimal bölgəsi istiqamətində müştəri aparan taksi sürücüləri yolun bir neçə zolağını zəbt etdiyindən günün pik saatlarda yolda uzun-uzadı tıxacların yaranmasına səbəb olur.

Bakı Nəqliyyat Agentliyi sürücələrə sözügedən ərazidə qaydalara əməl etməyə çağırıb. Agentlikdən bildirilib ki, bundan sonra ərazidə nəzarət daha da gücləndiriləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!