Bakıda DƏHŞƏT: 4 dostun meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: 4 dostun meyiti tapıldı

Hadisə

22 Fevral 2025 15:10 2327


Bakıda 4 nəfərin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.  Sezar pizza

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb. 

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib. 

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!