Bakıda qadın uşağı ilə birlikdə intihara cəhd edir.
“Yeni Sabah” xəbər verir ki, hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, o, intihar etmək məqsədi ilə "Koroğlu" metrostansiyası yaxınlığındakı körpünün üstünə çıxıb.
Qadını fikrindən daşındırmaq üçün danışıqlar aparılır. Toyuqlu pizza
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
***
FHN-nin məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.


Telegram kanalımız