Bakıda dəhşətli avtobus qəzası: 6 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli avtobus qəzası: 6 nəfər yaralandı

Hadisə

14 Dekabr 2019 07:57 919


Bakıda marşrut avtobusu qəzaya uğrayıb. 

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında qeydə alınıb. 

Belə ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.  pizza

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!