Bakıda dəhşətli qəza: Rəisin qardaşı oğlu həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza: Rəisin qardaşı oğlu həlak oldu

Kriminal

02 Avqust 2019 16:54 2188


Bu gün Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bu gün paytaxtın Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.

Onu da əlavə edək ki, Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur. pizza sifarişi

Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!