Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı bıçaqlanıblar. Məlumata görə, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb. Marqarita pizza
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Telegram kanalımız