Bakıda ev yandı - Körpə öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ev yandı - Körpə öldü

Sosial

11 İyun 2019 11:12 806


Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

FHN-dən “Yeni Sabah”a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. pizza mizza

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!