Bakıda futbolçusu ilə dalaşan alman qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda futbolçusu ilə dalaşan alman qovuldu

İdman

10 Dekabr 2019 07:49 1179


Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL baş məşqçisi Tomas Dollu istefaya göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddətdir rəhbərliklə anlaşmayan almaniyalı mütəxəssis Kipr çempionatının 12-ci turunda "Olimpiakos"a məğlubiyyətin (0:2) ardından vəzifəsindən kənarlaşdırılıb. Beləliklə, Doll APOEL-də yalnlz 4 ay işləyib. Marqarita pizza

Qeyd edək ki, APOEL Avropa Liqasında "Qarabağ", "Sevilya" və "Düdelanj"la A qrupunda yer alıb. Kipr təmsilçisi sona 1 tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, APOEL-in “Qarabağ”la Bakıda qarşılaşdığı oyundan (2:2) əvvəl futbolçu Musa Əl-Tamari də baş məşqçi Tomas Dolla mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!