Bakıda gəlin-baldız davası – 3 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gəlin-baldız davası – 3 nəfər yaralandı

Kriminal

29 İyun 2019 15:41 1636


Bakıda ailədaxili mübahisə davaya çevrilib.Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib. O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər. Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!