Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI - TƏFƏRRÜAT

Hadisə

13 Fevral 2025 20:37 2034


İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar. Dördpendirli pizza

Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!