Bakıda gənc qız intim görüntüləri ilə şantaj edilib.
Aysun Əliyeva (ad şərtidir) bu barədə “Yeni Sabah”a özü məlumat verib.
O, feyk profil tərəfindən şantaj edildiyini bildirib. pizza
Gənc qız şantaj edən şəxslə yazışmalarını sosial şəbəkədə də paylaşıb. Yazışmalardan da aydın olur ki, həmin şəxs gənc qızdan 300 manat pul tələb edib və pulu vermədiyi halda görüntülərini yayacağını bildirib. Qızın fikrincə, həmin şəxs onun intim fotolarını indiyə qədər müraciət etdiyi telefon ustalarından biri vasitəsilə əldə edib. Zərərçəkən şəxs polisə müraciət edəcəyini bildirib.
Elnarə İlham



Telegram kanalımız