Bu gün səhər saatlarından paytaxt Bakıda güclü duman müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, Bakının əksər ərazilərində duman var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün açıqladığı hava proqnozunda bildirirdi ki, Bakıda və Abşeron yarımadasında mayın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Həmçinin, respublikanın bəzi bölgələrində də gecə və səhər bəzi yerlərdə duman olacağı qeyd olunurdu. Sezar pizza
Telegram kanalımız