Bakıda güclü külək ağacı qadının üzərinə aşırdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək ağacı qadının üzərinə aşırdı

Hadisə

15 İyun 2025 15:58 470


Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.

Yenisabah.az xəbər verir ki, hadisə Filarmoniya bağında qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:00 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub. Sezar pizza

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.

Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!