Bakıda güclü külək başlayıb –   Şəhəri toz bürüyüb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək başlayıb – Şəhəri toz bürüyüb

Rəsmi

05 Avqust 2019 09:12 2190


Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü külək başlayıb.

“Yeni Sabah” xəbər verir ki, külək səbəbindən şəhərin üzərində toz qatı müşahidə olunur.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu haqda açıqlama yayıb. Bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 335 km/san olub.  Marqarita pizza

Avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!