FETÖ-çü mən yox, əmimdir: Bakıda tutulan türk iş adamı

saytların hazırlanması

Evə çatdırılma

FETÖ-çü mən yox, əmimdir: Bakıda tutulan türk iş adamı

İqtisadiyyat

05 İyul 2019 05:43 1207


Bakıda həbs olunan türkiyəli iş adamı Murad Qəmbəroğlu ilə bağlı aparılan istintaq tamamlanıb. 

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti yazır ki,  onun barəsində  silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq  “Aksesuar İnşaat” mağazalar şəbəkəsinin sahibi olan M. Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.

İttiham aktına görə, Murad Qənbəroğlunun əmisi, “Aksesuar Group”un sahibi olan  Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə daxil olub. Toyuqlu pizza

M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus “Bank Asya” bankına 891 min TL yatırıb. O,  ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. Hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar pul ödədiyini bildirib.

“Əmim Hamza Kabaca adlı təşkilat üzvünə hər il pul verirdi. “Aksesuar Group”un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!