Bakıda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

Hadisə

29 Sentyabr 2019 21:56 965


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna-Maştağa yolunda qeydə alınıb.

Belə ki, “BMV” markalı avtomobillə “VAZ-2106” markalı avtomibilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.  Toyuqlu pizza

Qəzadan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan “VAZ - 2106” markalı avtomibilin sürücüsü, 31 yaşlı Rzayev Yusif Məhərrəm oğluna diz oynağının açıq sınıq yarası, “BMV” markalı avtomobilin sərnişini 67 yaşlı Vəliməmmədova Firuzə Rzabala qızına qapalı kəllə-beyin travması və alının açıq yarası, adı hələlik məlum olmayan digər bir yaralıya isə bədənin müxtəlif yerlərinin xəsarətləri, döş qəfəsinin küt travması diaqnozları qoyulub. 

Hazırda müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!