Bakıda iş adamının toyunda maraqlı anlar: Qonaqlardan görün nə tələb etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iş adamının toyunda maraqlı anlar: Qonaqlardan görün nə tələb etdi - Fotolar

Şou

20 Noyabr 2019 07:31 1331


Dünən Bakıdakı məşhur otellərin birində iş adamı Hüseyn Əliyevin toyu olub. 

"Yeni Sabah" xəbər verir ki, o, Səma Mirzə adlı xanımla ailə həyatı qurub. Toy maraqlı məqamlarla yadda qalıb. Belə ki, dəbdəbəli məclisdə “dress code” şərti qoyulub və hər kəsdən qara geyinməsi tələb olunub.  

Qonaqların çoxunun bir rəngli geyimdə qatıldığı məclisi müğənni Zamiq Hüseynov aparıb. Lakin gecənin əsas konsepti “Eurovision” olub. Buna səbəb toyda Azərbaycanı sözügedən müsabiqədə təmsil edən sənətçilərin səhnədə ard-arda çıxış etməsidir.  Dördpendirli pizza

Ötən gecə toyun səhnəsində Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova, Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva (Dihaj), Aysel Məmmədova (Aisel) yer alıb.

Qeyd edək ki, H. Əliyev Bakıdakı məşhur aksesuar şirkətlərindən birinin rəhbəridir.  /Qafqazinfo

Tədbirdən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!