Noyabrın 21-dən 26-dək Bakıda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival keçirildi.
“Yeni Sabah” xəbər verir ki, bu müddət ərzində festival gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirməyi bacardı. Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olundu.
Festivalın əhəmiyyətli tərəflərindən biri də odur ki, startaplarda Azərbaycan mütəxəssisləri ilə yanaşı Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər də öz təcrübələrini gənclərlə bölüşmək imkanı qazandılar. pizza hut
Tədbirin əsas məqsədi olan təcrübə mübadiləsinə imkan yaratmaq, Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan vermək idi. Bəs bu məqsədə nail olundumu?
Bildirək ki festival müddətində keçirilən tədbirlərdə müxtəlif spikerlər startaplar və innovasiyalar mövzusunda çıxış ediblər. Festival 600-dən çox mövzuda 2 milyondan artıq sahibkarları birləşdirən, maarifləndirən və ruhlandıran ən böyük müstəqil startap cəmiyyətidir.
Qlobal cəmiyyətimizin təməl nöqtəsi, böyük şirkətlər qurma yolunda əldə olunan dərsləri bölüşən müvəffəqiyyətli yerli qurucular, innovatorlar, müəllimlər və investorların iştirak etdiyi aylıq tədbirlərdir.
Bu müddətdə iştirakçılar üçün yeni biznes qurmaq üçün əhəmiyyətli olan mövzularda müasir trendlər izah edildi. Xüsusilə Azərbaycanda biznes mühitində həm qanunvericilik, həm də idarətmədə baş verən dəyişikliklərin edildiyi bir zamanda bunun əhəmiyyətini vurğulamaq yerinə düşür. Təlimçilər pz öz təcrübələrini, həmçinin yerli və beynəlxalq arenada baş verən müasir tendensiyaları dinləyicilərlə paylaşıb. Startap anlayışı, dünyada startapların qarşılaşdıqları əsas problemlər və uğur qazanmaq üçün mərhələlər, investisiyaların növləri və investor cəlb etməyin yolları, startapdan biznesə gedən yolda açar məqamlar barədə ətraflı məlumatlar çatdırıb.
Bu feestivalı dəyərləndirən texnologiya üzrə ekspert Osman Gündüz deyir ki, bu festivalın keçirilməsində məqsəd həm də ekosistemin inkişafına kömək etmək və mövcud problemlərin həllinə diqqət yönəltmək olub.
Mütəxəsis hesab edir ki, bu təlimlərrlə bərabər mövcud olan bəzi problemlər də öz həllini tapmalıdır. Bunlardan biri isə Startapların vergilərdən tam azad edilməsi üçün nəzərdə tutulan Startap Şəhadətnamələrin verilməsidir. Ekspert bu prosesin ləngidiyini qeyd edir. Bildirir ki, Prezident fərmanı ilə bu məsələnin həlli üçün müəyyən olunan müddət artıq çoxdan, 11 aydır ki başa çatıb. Həmçinin cari ilin əvvəlində Prezident tərəfindən innovasiyaların inkişafı ilə bağlı Fərman imzalanıb. Fərmanda nəzərdə tutulan İnnovasiyaların, ekosistemin inkişafı ilə bağlı konseptual sənəd hazırlanmalıdır. Bundan başqa startaplara investisiya dəstəyinin gücləndirilmısi üçün Vençur maliyyələşmə ilə bağlı qanunvericilik hazırlanmalı, proqramçıların, İT mütəxəssislərin hazırlanmasını genişləndirmək üçün İnnovasiya Agentliyinin, İNNOLAND-ın güzəştli şərtlərlə və ya pulsuz tədris kurslarına start verməsi də startap ekosistemin inkişafına kömək edərdi.
Telegram kanalımız