Bakıda xəstə kişi binadan yıxılıb ölüb.
"Yeni Sabah" istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, ev 7, mənzil 670-də yaşayan 1954-cü il təvəllüdlü Yunusov Rasim Məhəmməd oğlunun üzərində bədən xəsarətləri olan meyiti yaşadığı binanın həyətindən aşkarlanıb. pizza
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə, yaşadığı evin eyvanına və meyitə baxış keçiriblər.
İlkin ehtrimala görə, R.Yunusov bu gün səhər saatlarında yaşadığı evin eyvanından yıxılaraq dünyasını dəyişib. Bildirilib ki, o, qan təzyiqindən əziyyət çəkirmiş.
Telegram kanalımız