Bakıda kişi qadını döyərək 60 manat pulunu alıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib. Sezar pizza
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Telegram kanalımız