Bakıda döyülmə hadisəsi olub.
“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakini Məmişov Əli Nəbi oğlu ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması, ənsə və çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Əli Məmişov yıxıldığını bildirsə də, həkimlər onun fikri ilə razılaşmayıb. pizza
Həkimlərin ilkin rəyinə görə, Kürdəxanı qəsəbə sakini döyülərək ağır xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız