Bakıda külək 8 ağacı aşırdı: 1-i avtomobilin üzərinə düşüb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda külək 8 ağacı aşırdı: 1-i avtomobilin üzərinə düşüb

Hadisə

02 Dekabr 2019 13:25 996


“Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı 7-8 ağac aşması qeydə almışıq. Bizdə olan məlumata görə, biri avtonəqliyyat vasitəsinin üzərinə düşüb”. 

Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib. 

“Yenə də ağac aşması və ya əyilməsi ilə bağlı müraciətlər daxil olur. Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göstəriş verilib. Gücləndirilmiş iş rejiminə keçmişik. Küləyin fəsadlarının aradan qaldırılması üçün bütün tədbirlər həyata keçirilir”. Pepperoni pizza

Qeyd edək ki, güclü külək hələ də davam edir.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!