Bakıda bir neçə gün əvvəl "Mustang" markalı avtobillə qəza törədilib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda fotoları Criminal.az saytı yayıb. Fotoları təqdim edən sayt hadisənin dəqiq ünvanını bilinmədiyini qeyd edir.
"Mustang"nin kimə məxsus olduğu qəzadan bir neçə gün keçməsinə baxmayaraq, hələ sirr kimi saxlanılır. Əslində belə məlumatlar açıq olmalıdır. Maşın görüntüləri ortadadır, qəza törədən avtomobil evakuator xidmətinə məxsus avtonəqliyyat vasitəsilə təmirə aparılır. Pepperoni pizza
Qanunvericiliyə görə, qəza törədən maşınların yol polisi tərəfindən müvafiq icazə olmadan təmirinə icazə verilmir. Maraqlıdır, qəza baş verib, lakin istər rəsmi, istərsə də, mediada belə bir hadisəyə rast gəlinmir.
Qəzaya düşən avtomobilin fotolarından da görünür ki, "Mustang"ın dəmir konstruksiyaları ilə yanaşı, ön şüşəsində kənardan adam dəyməsi nəticəsindən yaranmış deformasiya və çatlar var. Ona görə də, ehtimal etmək olar ki, "Mustang" markalı avtomobil adam vurub.
Onu da əlavə edək ki, Azərbaycanda "Mustang" markalı avtomobillər az saydadır.

Telegram kanalımız