Bakıda mənzillərin qiyməti niyə artır?   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzillərin qiyməti niyə artır? - Səbəb

İqtisadiyyat

02 Oktyabr 2019 18:01 1230


Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.

"Yeni Sabah" xəbər verir ki, belə ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib. Sezar pizza

Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır:

“Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!