Bakıda məşhur restoranın qarşısında xaos

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoranın qarşısında xaos

Sosial

29 İyun 2024 00:20 796


Bakıda sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozurlar.

Yenisabah.az Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Mirzəağa Əliyev küçəsindən gedir.

Belə ki, əvvəllər orada dayanma-durmanı qadağan edən nişan var idi. Lakin həmin nişan hansısa səbəbdən oradan götürüldü. Hazırda "Shaurma N1" restoranına gələn müştərilər avtomobillərini necə gəldi park edərək hərəkətə mane olurlar. Fotoşəkildən də aydın görünür ki, avtomobillər ikinci cərgədə, hətta yolayrıcında parklanıb. Axşam saatlarında həmin restorana gələn müştərilərin sayı daha çox olduğundan yolda nizamsız şəkildə park edilən avtomobillər hərəkəti çətinləşdirir. Dominos pizza

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin ərazidə nəzarəti gücləndirəcək, qayda pozan sürücülər mütəmadi şəkildə məsuliyyətə cəlb ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!