Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə həbs edildi

Kriminal

12 Oktyabr 2024 23:13 1714


Bakıda fəaliyyət göstərən "NASHA EVENTS" dekor şirkətindən külli miqdarda oğurluq edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şirkətin rəhbəri N.Abdullayeva Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə bu barədə müraciət edib.

O, şirkətin anbarından Murad adlı işçinin 128 min manatlıq avadanlıqları oğurladığını bildirib. Pepperoni pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda zərər vurmaqla oğurluq etmə) maddəsi ilə iş başlanılıb. Goranboy rayon sakini olan və Suraxanıda kirayədə yaşayan 1994-cü il təvəllüdlü Murad Kazımov həbs edilib.

Məlum olub ki, Murad ona etibar edilmiş anbardan gizli şəkildə bahalı avadanlıqları götürərək satıb və pullarını mənimsəyib.

Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin çıxardığı hökm ilə Murad 6 il həbs cəzasına məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!