“Neptun“dan alınan bulkadan şurup çıxıb – Foto

saytların hazırlanması

Evə çatdırılma

“Neptun“dan alınan bulkadan şurup çıxıb – Foto

Sağlamlıq

10 İyul 2019 12:25 1115


Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır.

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:

“Görüntülərdəki real bir şey deyil.Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", -  supermarketdən bildirilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!