Bakıda məzəli qəza – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məzəli qəza – Video

Avto

11 İyul 2019 09:39 1302


Bakıda baş vermiş qəza anı kameraya düşüb.

"Yeni Sabah" xəbər verir ki, Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində (Varovskinin kruqu adlanan ərazi) yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “BMW X6” markalı avtomobilin sürücüsü qarşıdakı avtomobil sola döndüyü üçün qəfil əyləci basıb. Bu zaman arxadan gələn VAZ 21 07 markalı avtomobilin sürücüsü onunla toqquşmamaq üçün sağa çəkib. Amma yolayrıclnda gözləyən “Mercedes” markal avtomobilə çırpılıb. Bu arada yol kənarında dayanmış piyada son anda geriyə çəkilərək avtomobil tərəfindən vurulmaqdan qurtulub.

“07”nin sürücüsü avtomobildən çıxaraq “BMW X6”-ya etiraz etsə də sonuncu heç nə olmamış kimi yoluna davam edib.

Videogörüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!