Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - Video

Avto

12 İyul 2020 12:17 2473


Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.

“Yeni Sabah” Xezerxeber.az-a istinadla xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir.

Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur. Marqarita pizza

Polis əməkdaşları həmçinin küçə və parklarda, yaşayış yerlərinin yaxınlığında da yoxlama həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!