Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - Video

Kriminal

28 Dekabr 2019 14:25 1404


Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.

Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir. Toyuqlu pizza

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.

Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!