Bakıda prospektdə nişanlar arasında ziddiyyət -   DYP-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda prospektdə nişanlar arasında ziddiyyət - DYP-dən AÇIQLAMA

Avto

01 Noyabr 2024 08:55 5502


Nişan düz və sağa, cizgi xətti isə yalnız sağa istiqamət verir. Ərazidən keçən sürücülər nə edəcəklərini bilmirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonundan gedir.

Bu iddianı səsləndirən sürücü Füzli Ələkbərov çəkiliş edərək sosial şəbəəkə hesabında paylaşıb. O da sürücü həmkarlarına  ərazidə olarkən diqqətli olmağı tövsiyyə edir. Sürücü bu qayda pozuntusuna görə, 40 manat cərimə edildiyini də deyir. Dördpendirli pizza

Sürücülər də yaranmış bu ziddiyətli vəziyətdən narahatdılar. Onlar da yaranmış anlaşmazlığın aradan qaldırılmasını tələb edirlər.

Qeyd edilən bu problemlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirildi ki, həmin sürücünün video çəkilişi nəzarətə götürülüb və araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!