Bakıda yaşlı qadın dəm qazından zəhərlənib.
"Yeni Sabah" "Baku.ws"yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 14-də baş verib.
Həmin evdə yaşayan, 1941-ci il təvəllüdlü Kərimova Nuriyyə Abdulla qızı yaşadığı evin həyətindəki yarımçıq tikilidə dəm qazından zəhərlənərək ölüb. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız