Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənnidən   Şikayət

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadını intim görüntüləri ilə şantaj edən müğənnidən Şikayət

Hadisə

23 Oktyabr 2019 20:28 1074


Bakıda şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Səfa Məmmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

"Yeni Sabah" "Teleqraf.com"a istinadən xəbər verir ki, Səfa Məmmədov Bakı Apelyasiya Məhkəməsinə ünvalandığı şikayətində barəsində olan hökmün dəyişdirilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri müəyyən olunub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı noyabrın 5-ə təyin edilib. Dominos pizza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Səfa Məmmədov paytaxt sakini Əsli Babayevanı (ad və soyad şərti verilib - red.) şantaj edib. Səfa Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

İstintaq orqanı tərəfindən Səfa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!