Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox?

Sosial

19 Fevral 2025 14:40 303


Bakıda qış aylarında bəzən maraqlı hava hadisəsi müşahidə olunur.

Yenisabah.az xəbər verir ki,  Bakı və Abşeron yarımadasının bir hissəsində güclü yağış və qar müşahidə edildiyi halda, digər ərazilərində tamamilə fərqli – yağmursuz və sakit hava qeydə alınır.

Eyni zamanda bəzi yerlərdə yollar buz bağlayır, amma bir neçə kilometr aralıda havanın nisbətən mülayim olması diqqət çəkir.  Dördpendirli pizza

Bəs bunun səbəbi nədir və necə olur ki, bir hissəyə qar yağır, digər hissədə yağıntı olmur?

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bəzən Abşeron yarımadasının bir hissəsində yağıntılı və qarlı hava şəraiti müşahidə edildiyi halda, digər ərazilərində buludlu,  əsasən yağmursuz hava şəraiti qeydə alınır. Yağıntının paylanması və intensivliyi bulud sistemlərinin növündən və xüsusiyyətlərindən asılıdır:

"Yağıntılar ilin soyuq dövründə adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü büyük olduğu üçün daha geniş ərazini əhatə edir. Sinoptik şəraitdən asılı olaraq bulud təbəqəsi yarımada üzərində qeyri-bərabər paylanır ki, Xəzər dənizinin təsiri bu qeyri-bərabər paylanmada böyükdür.

Buxarlanma və rütubət amilindən asılı olaraq əsasən sahilyanı və nisbətən yüksək ərazilərdə bulud əmələgəlmə daha intensiv baş verir.  Həmçinin Abşeron yarımadasının zəngin mikroiqlim xüsusiyyətlərinində bu amilə təsiri böyükdür. Əraziyə daxil olan hava kütlələri səth örtüyünün, şəhər mikroqiliminin təsiri ilə öz xüsusiyyətlərini müəyyən qədər dəyişə bilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!