Bakıda qayınatanın gəlinini baltalaması ilə bağlı yeni xəbər -   Etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qayınatanın gəlinini baltalaması ilə bağlı yeni xəbər - Etiraf etdi

Kriminal

24 Sentyabr 2019 07:26 1065


Bakıda qətl hadisəsi törədilib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. Marqarita pizza

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ailəli olan C.Məhərrəmovanın 4 uşağı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!