Bakıda qəbiristanlıqda mollanı söydü, həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəbiristanlıqda mollanı söydü, həbs olundu

Kriminal

05 Avqust 2026 13:37 907


Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.

“Yeni Sabah” Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Müşfiqabad qəbiristanlığında qeydə alınıb.

56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı istəsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib. Sezar pizza

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə A.Xəlilov 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!