Bakıda qəza, tıxac yarandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəza, tıxac yarandı

Kriminal

04 Dekabr 2019 06:26 1231


Bakıda zəncirvari yol qəzası baş verib.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Zığ şosesindən Nobel prospektində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı avtomobil də idarəetməni itirərək həmin maşınlarla toqquşub. Toyuqlu pizza

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib və yolda tıxac yaranıb.

Hazırda yolda avtomobillərin hərəkətini təmin etmək üçün əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!