Bakıda qızıl mağazasından oğurluq etmək istədi - Yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qızıl mağazasından oğurluq etmək istədi - Yaxalandı

Kriminal

22 İyun 2019 09:56 2091


Bakıda ticarət mərkəzlərindən birindən oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərən şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib. Pepperoni pizza

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!