Bakıda qorxulu anlar -   Əcnəbiyə hücum çəkib dişlədilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qorxulu anlar - Əcnəbiyə hücum çəkib dişlədilər

Hadisə

27 Noyabr 2019 08:20 1766


Bakıda əcnəbi sahibkar qarət olunub.

“Yeni Sabah” “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib. Pepperoni pizza

Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb qaçıb.

Ali Waqar Basherat həmin şəxslərdən birini yaxalayaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyərək qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən birinin Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Əsgərov Hafiz Habil oğlu olduğu müəyyənləşərək saxlanılıb, digər 3 nəfərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!