Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.
"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.
İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub. Toyuqlu pizza
Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız