Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var. pizza hut
Yaralılar xəstəxanaya yerləşdirilib.
Telegram kanalımız