Bakıda sinif yoldaşının yandırdığı şagirdin   SON DURUMU AÇIQLANIB

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sinif yoldaşının yandırdığı şagirdin SON DURUMU AÇIQLANIB

Sosial

21 Aprel 2026 09:43 430


Bakıda məktəbdə baş verən dəhşətli hadisə zamanı yanıq xəsarətləri alan şagirdin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan yeniyetmənin müalicəsi hazırda davam etdirilir.

Məlumata görə, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilən yeniyetmə Reanimasiya şöbəsində saxlanılır.

Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə aprelin 20-də paytaxtdakı 286 nömrəli tam orta məktəbdə baş verib. Hadisə zamanı 2011-ci il təvəllüdlü şagird sinif yoldaşı tərəfindən yandırılıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!