Bakıda süpürgəçini vuran qadın sürücü şoka düşdü -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda süpürgəçini vuran qadın sürücü şoka düşdü - Video

Kriminal

01 İyul 2019 05:24 5315


Bakıda bir müddət əvvəl avtomobil ilə vurulan süpürgəçi qadının vurulma anının videosu yayılıb.

“Yeni Sabah” Avtosfer.az-a istinadla xəbər verir ki, baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək altı zolaqlı yolu keçməyə çalışır. 

Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur. Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür. pizza sifarişi

Qeyd edək ki, vurulan piyada avtomobillərin intensiv hərəkətdə oduğu yerdən qaça-qaça yolu keçmək istəyir və qəfildən maşının qarşısına çıxır. İdarəetməni itirən sürücü ona çırpılır.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!