Bakıda sürücü şirkətdən akkumulyator oğurladı

Bakıda sürücü şirkətdən akkumulyator oğurladı
Sent 12, 2019 00:30
Oxunma sayı: 48

Bakının Xəzər rayonunda avtomobil ehtiyat hissələri satılan müəssisədən oğurluq edilib.

"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, cinayət faktı Şüvəlan qəsəbəsində yerləşən “Status Avto” MMC-də qeydə alınıb. Bu barədə qurumun direktoru Vüqar Əzimov Xəzər RPİ-yə məlumat verib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, oğurluq əməli qurumun sürücüsü Ağahüseyn Abidinov tərəfindən törədilib. O, şirkətə məxsus akkumulyatoru və 190 litr benzini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yenisabah.az