Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı

Sosial

23 Fevral 2025 19:40 314


Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi. Dördpendirli pizza

Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!