Bakıda tanınmış rəqqasə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tanınmış rəqqasə həbs edildi

Hadisə

24 Noyabr 2019 20:29 1637


Bakıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb.

"Yeni Sabah" xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır.

Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək. Sezar pizza

Qeyd edək ki, oğurluqda şübhəli bilinərək tutulan N.Nəsirzadə tanınmış rəqqasədir və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!