Bakıda toya hazırlaşan sürücü qəza törətdi -   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var

Kriminal

22 İyun 2019 13:58 993


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.

 Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!