Bakıda türk məşhur “Metropark“-dan qaçdı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda türk məşhur “Metropark“-dan qaçdı - Foto

Şou

27 Avqust 2019 11:02 1327


Türkiyənin “Survivor” yarışmasında  2016-cı ildə qalibi olan “Avatar” ləqəbli məşhur kinq- boksçu Çağan Atakan Arslan dünən Bakıya gəlib. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Bakıda “Metropark” ticarət mərkəzində fanatları ilə görüşməyə gələn məşhuru görmək üçün həddən artıq insanın toplaşması böyük izdihama səbəb olub.  

Xəbərdə deyilir ki, Atakan uşaqların əzilmə təhlükəsi olduğunu görəndə şəkil çəkdirməkdən imtina edib.  Məşhur boksçu cangüdənlərin köməkliyi ilə yanğın çıxışından ticarət mərkəzini tərk edib.  Dördpendirli pizza

Atakan daha sonra verdiyi açıqlamada “Qapılar və lift bağlanılsa da, izdiham oldu. Uşaqları təhlükəyə ata bilməzdim. Təkrar gələcəm” – deyə bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!