Bakıda və bölgələrdə şaxta hakimdir - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və bölgələrdə şaxta hakimdir - FAKTİKİ HAVA

Sosial

01 Mart 2025 10:04 1257


Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 75, Şamaxıda 45, Mingəçevir və Qəbələdə 44, Altıağacda 38, İsmayıllı, Lerik və Oğuzda 36, Şəkidə 34, Xaltanda 28, Qubada 27, Zaqatalada 22, Qobustanda 19, Ağsuda 18, Balakəndə 16, Şahbuzda 15, Qusarda 13, Xınalıqda 12 sm-dir. Toyuqlu pizza

Bakıda və Abşeron yarımadasında 10, Gədəbəy və Daşkəsəndə 9, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şabran və Göygöldə 6, Şuşada 5, Xankəndi, Xocalı, Göyçay və Lənkəranda 3, Yevlax, Füzuli, Tərtər, Xaçmaz və Sədərəkdə 2, Sabirabad, Şəmkir, Kürdəmir, Naftalan, Goranboy, Gəncə, İmişli və Salyanda isə 1 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Goranboy və Mingəçevirdə 23 m/s, Neftçalada 20 m/s, Tərtərdə 18 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!