Bakıda xəstə aparan ambulans qəzaya düşdü -  Fotolar
15 Dek 2019 21:04
135

Bakıda xəstə aparan ambulans qəzaya düşdü - Fotolar

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb. /APA



Oxşar xəbərlər